Zaqatalada həmkəndlisini silahla hədələyən şəxs tutulubbackend

Zaqatalada həmkəndlisini silahla hədələyən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Çardaxlar kənd sakini Ş.Mamayev martın 28-də kənd ərazisində qonşusu F.Qurbanovun onu ov tüfəngi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının müraciətlə əlaqədar keçirdikləri tədbirlərlə F.Qurbanov saxlanılıb. Saxlanılarkən onun sərxoş halda olması müəyyən edilib. F.Qurbanovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

İnterPress.az