Mübariz tək mübariz ol! gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb – Fotolarbackend

Mübariz tək mübariz ol! gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb.

İnterpress.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə Biləsuvar rayonunda icrasına start verilmiş “Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsi başa çatıb.

Layihənin 2-ci mərhələsi – təlimlər bitdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə Biləsuvar rayon birinciliyinə start verilib. İlkin olaraq sifariş vermiş komanda sayından aşlı olaraq yarışın keçirilmə sistemi qurulmuşdur. 8 komanda 2 zonaya bölünərək olimpiya sistemi ilə oyunlara başlayıb.

Final oyunundan öncə layihə rəhbəri Asif Hüseynov çıxış edərək layihənin yekunu barədə ətraflı məlumat vermişdir. Daha sonra layihəyə təşkilati dəstək göstərən Biləsuvar Rayon Təhsil Şöbəsinin hərbi və fiziki tərbiyə üzrə metodisti Elsevər Məmmədov çıxış edərək final mərhələyə adlamış komandalara uğurlar diləyib.

Yarışın keçirilməsi ümumilikdə 8 gün müddətini əhatə etmişdir. Zona oyunları çox gərgin və maraqlı keçmişdir. Finalda 1-ci zonanın qalibi Xırmandalı kənd 2 saylı tam orta məktəbinin komanadası ilə 2-ci zonanın qalibi Dövrüşlü kənd tam orta məktəbinin komandası görüşüb. Bərabər güclü keçən oyunun sonunda Dövrüşlü kənd tam orta məktəbinin komandası 4:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

Layihə ərzində komanda oyunçularının əzmkarlığı, mübarizliyi, ədalətli oyun oynamaları yarışa xüsusi bir abu-hava qatmışdır. Bununla da qeyd etmək olar ki, layihənin adına – “Mübariz tək mübariz ol!” uyğun deyimi gənc futbolçular arasında çox yüksək səviyyədə təbliğ edilib.

Məlumat üçün onu da bildirək ki, layihənin əsas məqsədi: Biləsuvar rayon yeniyetmə və gəncləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu barədə məlumatlandırılmasına, onun şəxsi həyatı – idmançı və sağlam həyat tərzi keçirməsinin təbliğinə və həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsinə nail olmaqdır.

Layihənin icrasına 28 dekabr 2018-ci il tarixində start verilmiş və 28 mart 2019-cu il tarixinə kimi davam edəcəkdir.

Mübariz tək mübariz ol! gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb - Fotolar

Mübariz tək mübariz ol! gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb - Fotolar

Mübariz tək mübariz ol! gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb - Fotolar

Mübariz tək mübariz ol! gənc futbolçulara çağırış” layihəsi yekunlaşıb - Fotolar