İnterpress.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz diplomatik missiyasının başa çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycanla İsrail dost ölkələrdir. Növbəti səfirin kimin olacağından asılı olmayaraq, İsrail-Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr yalnız möhkəmlənəcək”, – deyə səfir qeyd edib.
Diplomat ikitərəfli münasibətlərin həm ölkə liderləri, həm də nazirlər səviyyəsində inkişaf etdirildiyini deyib: “Azərbaycanla İsrailin həmçinin təhsil və akademik sahələrdə əlaqələri mövcuddur”.
İnterpress.az