İnterPress.az xəbər verir ki, aksiyaya siyasi fəallar və təşkilatçıların həmfikirləri də qatılıblar.
Aksiya təşkilatçısı Dimitri Lortkipanidzenin sözlərinə görə, aksiya iştirakçıları Ayasofiya ilə bağlı Ərdoğanın bəyanatını və Gürcüstanda məscidlərin tikintisinə etiraz edirlər:
“Ərdoğanın verdiyi bəyanat və Ayasofiyanın məscidə çevirilməsi yolverilməzdir çünkü o, tarixi abidədir. Türklərin Gürcüstanda məscidlər tikməsinə isə icazə verilməməlidir”.
Aksiyanın digər təşkilatçılarından olan Quram Palavandişvili isə Azərbaycandakı kilsələrin vəziyyətinin ürək açan olmadığını deyərək, Gürcüstandakı məscidlərin azad firavan şəkildə fəaliyyət göstərdiklərini bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti R. Ərdoğan bildirmişdir ki, ola bilsin İstanbulda yerləşən Ayasofiya muzey kimi yox, məscid kimi fəaliyyət göstərsin. Ərdoğan bunu isə Trampın Suriyanın Qolan təpələrini İsrailin ərazisi kimi tanıması qərarına münasibət bildirərəkən deyib.(24news.ge)
İnterPress.az