Tramp Ina nüvə silahlarını ABŞ-a göndərməyi təklif etdibackend

Tramp Ina nüvə silahlarını ABŞ-a göndərməyi təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda “Reuters” yazır.

Agentlik bildirib ki, belə bir təklif 27-28 fevral tarixlərində Vyetnamda keçirilən ABŞ-KXDR liderlərinin zirvə toplantısı zamanı səslənib.

Başlıqların Amerikaya göndərilməsindən savayı, Pxenyandan ölkənin nüvə infrastrukturunu tam olaraq sökməsi, kimyəvi və bioloji silahların hazırlanması üzrə proqramları dayandırması, ballistik raketləri və buraxılış qurğularını ləğv etməsi, həmçinin qeyd olunanların istehsalı üzrə müəssisələri bağlaması istənilib.

Bundan başqa nüvə proqramına aid bütün alim və texniki işçi heyətin kommersiya sahəsinə aid məkanlara köçürülməsi, amerikalılara və beynəlxalq müfəttişlərə onları maraqlandıran bütün obyektlərdə sərbəst yoxlamaların aparılmasına şəraitin yaradılması təklif olunmuşdu.

Kim Çen In bu təklifləri rədd edib və sammit elə həmin gün, vaxtından əvvəl yekunlaşıb.

İnterPress.az