Ötən il iyunun 10-da Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun 60-cı kilometrliyində Ələt qəsəbəsini göstərən yol nişanının yaxınlığında Saleh Nəcəfov və Seymur Abbasov 895 qram heroini şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən yaxalanıblar. İstintaq-əməliyyat tədbirləri davam etdirilərkən tutulan şəxslərin “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dərəyə atdıqları iki kisədə 1 kiloqram 465 qram marixuana və bir sellofan kəsiyində 82,337 qram heroin aşkar edilərək götürülüb.
Məhkəmənin hökmü ilə Seymur Abbasov 10 il, Saleh Nəcəfov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. (oxu.az)
İnterpress.az