İnterPress.az-ın məlumatına görə, hadisələrdən biri şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Baycan Niyazovu avtomobil vurub. O, xəstəxanaya aparılıb.
İkinci hadisə isə avtovağzalda baş verib. Hərəkətdə olan “Mercedes” şəhər sakini, 1975-ci il təvəllüdlü Sevinc İsgəndərovanı vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Hər iki fakt üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
İnterPress.az