Polşa “Şərq Tərəfdaşlığı” Proqramının statusunun artırılmasını təklif edibbackend

Polşa “Şərq Tərəfdaşlığı” Proqramının statusunun artırılmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”Ukrayna milli xəbərləri\”nə istinadən xəbər verir ki, belə təkliflə Polşanın xarici işlər naziri Yatsek Çaputoviç çıxış edib.

Polşanın təklifi özündə \”Şərq Tərəfdaşlığı\” Proqramının ayrı-ayrı ölkələrinin Aİ ilə əməkdaşlıq edəcəyi sədrlik funksiyasının yaradılmasını ehtiva edir.

\”Aİ-nin həm də Avropanın bir hissəsi olan altı ölkə barədə məlumatlılığını artırmaq üçün İsveçlə birgə təşəbbüsünü verdiyimiz \”Şərq Tərəfdaşlığı\” Proqramının 10 illiyindən istifadə etmək istəyirik\”, – Polşa diplomatiyasının rəhbəri deyib.

Bununla yanaşı, Polşa \”Şərq Tərəfdaşlığı\” katibliyinin, eləcə də \”Şərq Tərəfdaşlığı ölkələrində Aİ-nin gözlədiyi islahatların həyata keçirilməsi üzrə tərəqqinin izlənməsinə kömək edəcək sistemin yaradılmasını təklif edir.

Qeyd edək ki, \”Şərq Tərəfdaşlığı\” Proqramı 2009-cu ildə Aİ tərəfindən icra olunur. Əsas məqsəd altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

İnterPress.az