İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Mürsülü kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az