Yanğınsöndürən maşın ayaqyolu təmizləyir — İMİŞLİDƏ BİABIRÇI MƏNZƏRƏbackend

Yanğınsöndürən maşın ayaqyolu təmizləyir — İMİŞLİDƏ BİABIRÇI MƏNZƏRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bu haqda məlumat Avropa.info saytında dərc olunub. Adıçəkilən saytın bölgə müxbiri xəbər verib ki, bu, rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Məlumatda vurğulanır ki, uzun müddətdən bəri baxımsız qalan ayaqyolu ətrafa üfunət yayırmış. Sakinlər deyiblər ki, ayaqyolu baxımsız qaldığı üçün dəhşətli qoxudan içəri girmək mümkün deyilmiş. Rayon rəhbərliyi isə bu problemin həlli yolunu ayaqolunu yanğınsöndürən maşın tərəfindən yuyulmasında görüb. Sfera.az qeyd edir ki, belə bir halın yaşanması ciddi qanun pozuntusudur.

Belə ki, \”Yanğın təhlükəsizliyi haqqında\” Azərbaycan Respublikası Qanununda göstərilir ki, yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir.

Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir. Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.

Bu qanunun tələblərinə baxıldıqda İmişlidəki mənzərə onu göstərir ki, İcra Hakimiyyəti yanğınsöndürmə rəhbərinin hüquqlarını məhdudlaşdırır. Yanğınların söndürlümsinə cəlb ediləcək maşınlar başqa məqsədlər üçün istifadə edilir.(sfera)

İnterPress.az