Dünya əhalisinin sayı 2050-ci ildə nə qədər olacaq?backend

Dünya əhalisinin sayı 2050-ci ildə nə qədər olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lenta.ru-nun məlumatına görə, bu barədə BMT-nin əhali və inkişaf komissiyasının hesabatında yazılıb.

Hazırda dünya əhalisi 7,7 milyard təşkil edir. XXI əsrin sonunda isə 11 milyard nəfərə çatacaq.

Komissiyanın 52-ci əsas sessiyasında hesabatı BMT baş katibi Antonio Quterreş təqdim edib.

2050-ci ilə kimi ən yüksək artımın Afrikada, daha dəqiq desək, Böyük Səhradan cənubda, həmçinin, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində baş verəcəyi proqnozlaşdırılır. Latın Amerikası, Şimali Amerika və Avropanın əhalisində elə də nəzərəçarpan dəyişiklik gözlənilmir.

Hesabatda qeyd olunur ki, əhalinin qocalması davam edir. Belə ki, inkişaf etmiş ölkələrdə doğum halları aşağı düşdüyündən, yaşı 65-dən çox olan insanların sayı əhəmiyyətli dərəcədə artacaq. BMT proqnozuna görə, Avropada belə artım 19-28 faiz, Şimali Amerikada isə 16-23 faiz civarında olacaq.

İnterPress.az