Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcəkbackend

Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Lion şəhəri və Auvergne-Rhône-Alpes regionunda yaşayan Azərbaycan vətəndaşları mayın 3-ü saat 10:00-dan 13:00-dək və 15:00-dan 18:00-dək, həmçinin mayın 4-ü saat 10:00-dan 13:00-dək bu xidmətdən yararlana biləcəklər.

Eyni zamanda cari il Fransanın Nant, Strasburq, Bordo, Tuluza və Nitsa şəhərlərində yaşayan azərbaycanlılara da səyyar konsulluq xidmətlərin göstərilməsi nəzərdə tutulur.

İnterPress.az