Pentaqon sözçüsü: “Türkiyə pilotları Lukedə təlimləri davam etdirir”backend

Pentaqon sözçüsü: “Türkiyə pilotları Lukedə təlimləri davam etdirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü, polkovnik-leytenant Maykl Endryus bildirib.

Lakin o, 2019-cu ilin noyabrında Pentaqonun Türkiyəyə göndərməyi planlaşdırdığı “F-35” qırıcıları üçün hazırlıq işləri və təyyarələrin ehtiyat hissələrinin tədarükünün dayandırılmasından bəhs olunan təlimləri əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Pentaqon sözçüsünün çıxışından 7 saat əvvəl Oklahoma ştatından respublikaçı-senator Ceyms İnhof isə bildirmişdi: “Luke bazasında türklər üçün “F-35”lərlə bağlı təlimləri dayandıracağımıza dair qərar qəbul edilib”.

Qeyd edək ki, ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Keti Uilbarger \”F-35\” təyyarələrinin Türkiyəyə tədarükü üzrə hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirdiyini bildirmişdi. Başqa bir xəbərə əsasən, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə \”F-35\” təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.

İnterPress.az