GƏNC ALİM TELEKANALLARA OD PÜSKÜRDÜ: “ZÖVQSÜZ VERİLİŞLƏR, BAYAĞI FİLMLƏR, UCUZ SERİALLAR…”backend

GƏNC ALİM TELEKANALLARA OD PÜSKÜRDÜ: “ZÖVQSÜZ VERİLİŞLƏR, BAYAĞI FİLMLƏR, UCUZ SERİALLAR…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstər-istəməz biz də bədənimizi onlar etdiyi kimi etməyə çalışaraq səhər-səhər ruhumuzu yeniləyirdik. Sonra məktəbə gedərdik. Məktəbdə dərs başlamamış bütün şagirdlər sinif cərgəsi ilə düzülərdi və bir nəfər idman təlimatçısının etdiyi nömrələri təkrar edərdik. Məktəbdə isə kimin ixtiyarı idi etik davranışdan, əxlaqi sapmadan nəsə edə bilsin. Dərsdə da evə dönəndə qonşu uşaqlarla oynayardıq. Sonra valideynlərimiz səsləyəndə evə gedərdik dərsimizi hazırlayardıq. Axşam saat 20:45-i səbirsizliklə gözləyərdik ki, \”Спокойной ночи, малыши!\” uşaq verilişində it Filyanın, dovşan Stepaşkanın, donuz Xryuşanın, qarğa Karkuşanın böyüklərə görə tərbiyəvi olan söhbətlərinə qulaq asıb 8-9 dəqiqəlik cizgi filminə baxıb yataq…”

Bu barədə \”Sherg.az”a gənc alim Yusif Alıyev bildirib.

Alim qeyd edib ki, o, məlum düşüncəsi ilə Sovet dövrünü təbliğ etmir:

\”Heç vaxt da o dövrü təbliğ edənləri sevməmişəm. Amma bugünkü durumumuzu görüb müqayisə etməyə nəsə tapmadım deyə o dövrlə müqayisə aparmağı düşündüm.

Dünəndən bütün internet mediada və sosial şəbəklərədə 2 alçaq kişinin 3 üzdəniraq qadını soyunduraraq mahnı oxutması videosu qalaq-qalaq manşetlərdə tirajlanaraq yüz minlərlə izlənmə rekordu qırmışdır. Nəzərə alsaq ki, bu xoşagəlməz pis olayın 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etməsi həm dirilərimizə, həm də ölülərimizə qarşı təhqir idi. Bu hal olduqca tənqidəlayiq və böyük ictimai qınağa tuş gəlinəsi olaydır.

Bununla barışmaq olmaz və bu işin sonuna qədər gedib günahkarların cəzalandırılmasını tələb edirəm.
Amma gəlin, görək bu cür hadisələr ilk dəfədirmi baş verir ? Xeyr! Mən deyərdim ki, bu gün televiziyalarımız bundan az təsir etmir mənəvi dünyamıza. Bir-birindən bayağı ssenarilərlə \”yazılmış\” məişət xarakterli serialların özəl televiziya kanallarında yayınlanması bizim ailələrə uyğun olmayan yad təsirləri uşaqlarımıza aşılayır. Uşaq həmişə gördüyünü təkrarlayar. Kriminal vəziyyətin gərginləşməsində də bu cür serialların böyük təsiri var. Məişət zorakılığı, ehtiras motivli saxta sevgi hisslərinin yaranması da bu seriallarda kifayət qədər çoxdur”.

Y.Alıyev diqqətə çatdırıb ki, teleserial çəkilişləri bağlı maraqlı məqama toxunub:

\”Teleserial çəkilişləri nə dövlət büdcəsindən kifayət qədər qədər vəsait ayrılırsa, nə üçün mənim dövlətin büdcəsinə ödədiyim vəsaitdən mənim uşağımın əxlaqına, psixologiyasına təsir edən filmlər çəkirlər? Nə üçün efirlərə geyim-keçiminə diqqət etməyən \”müğənnilər\”, \”aparıcılar\”, \”ifaçılar\” çıxardılır. Ər-arvad aparıcıların efirdə çıxardığı hoqqalara niyə göz yumulur. Azərbaycan qadını haçandan ərini dizi üstə qoyub eşşək kimi minib görəsən?

Nə üçün kişi komik səhnə aktyorlarımız tamaşaçısını bayağı qadın geyimləri geyinərək məişət söhbətləri ilə, disko klublardakı kimi striptiz göstərərək, hansısa məmurun rolunu oynayaraq güldürür? Nə üçün düşündürücü mədəni, fəlsəfi gülüş yaradan tənqidlərdən ibarət səhnəciklər hazırlamırlar? Bacarmırlarsa getsinlər. Nə qədər ki, onlar belə bayağı səhnəciklər hazırlayacaqlar, tamaşaçıları tiryək asılılığına düşmüş aludəçi kimi öz bayağı asılılıqlarında saxlayacaqlar.

Nə üçün elmə, təhsilə, mədəniyyətə aid filmlər çəkilmir?
Nə üçün ucuz teleserialların yerinə bir alimin həyatı səhnələşdirilmir. Niyə elm, təhsil təbliğ olunmur?

Niyə televizilayarda səhər gimnastikası proqrama daxil edilmir. Gimnastika idmanın populyar növlərindən biri olmaqla yanaşı həm bədən tərbiyəsi, həm də ruh sağlamlığına xidmət edir.

Nə qədər ki, tamaşaçıya bugünkü kimi zövqsüz verilişlər, filmlər, qadın paltarı geyinərək səhnələşdirilən komediyalar təqdim olunacaq, o qədər də belə hallardan qaçıb sığortalana bilməyəcəyik…»

İnterPress.az