Ağdaşda həyətində narkotik becərən şəxs tutulubbackend

Ağdaşda həyətində narkotik becərən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterPress.az-a verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləki qəsəbə sakini 44 yaşlı Azər Məmmədovu saxlayıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman müxtəlif plastik qablarda xüsusi aqrotexniki qaydada əkib-becərdiyi 24 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az