İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı gənc qızın ailəsinin şikayəti əsasında həbs edilib.
Naxçıvanda mühasib işləyən 26 yaşlı Əhməd internet vastəsilə tanış olduğu 14 yaşlı türkiyəli qızla görüşmək üçün Türkiyəyə gedib. Qızla görüşdükdən sonra onunla evlənmək istədiyini bildirib, ancaq qızın anası onun hələ azyaşlı olduğunu bildirərək buna qarşı çıxb.
Ancaq cütlük görüşməyə davam edib və 14 yaşlı qız xalasının yanına getmək bəhanəsi ilə evdən çıxıb. O, azərbaycanlı gəncə aralarında cinsi əlaqə olacağı təqdirdə anasının evlənməyə razı olacağını deyib. Buna inanan Əhməd qızla oteldə əlaqədə olub. Daha sonra qızın ailəsinin şikayəti əsasında saxlanlan Əhməd sevgilisinin özünü 18 yaşlı kimi təqdim etdiyini bildirib.
Qız da polisə ifadəsində Əhmədin ona təcavüz etmədiyini, onunla evlənmək üçün əlaqədə olduğunu bildirsə də, həbs qərarı dəyişməyib. Əhməd G. adlı gənc “Uşağa cinsi istismar” maddəsi ilə mühakimə ediləcək.
İnterpress.az