News.am portalının məlumatına görə, Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, həmin şəxs vəzifəsindən sui-istifadədə ittiham edilir.
“Mazoxist kimi görünmək istəmirəm, ancaq bildirim ki, göstərişimlə yaxın qohumuma qarşı vəzifəsindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Şübhəsiz ki, iş tam araşdırılacaq və günahkarlar qanun çərçivəsində cəzalandırılacaq.
Bu, yeni Ermənistandır və baş nazirin qohumları qanundan üstün ola bilməzlər”, – o qeyd edib.
İnterPress.az