Ət məhsulları ucuzlaşdıbackend

Ət məhsulları ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən İnterpress.az-a verilən məlumata görə, birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti ucuzlaşıb, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti bahalaşıb, almanın, əriyin, alçanın, gavalının, findığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə bahalaşıb.

İnterpress.az