İnterpress.az xəbər verir ki, 1949-cu il, 4 avqustda dünyaya gələn Abbas Abbasov əvvəlki illərdən fərqli olaraq növbəti ad günündə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərindən təbrik almayıb.
“AzərRos”dan kənarlaşdırılmasına baxmayaraq hələ də qurumun saytını nəzarətdə saxlayan Abbas Abbasoun ünvanına təbrik məktubunu ancaq Kostromadakı Azərbaycan Milli-Mədəni Muxtariyyatının rəhbəri Kamran Babayev ünvanlayıb.
Kamran Babayevdən başqa diaspor təşkilatlarının rəhbərlərinin heç birindən Abbas Abbasovu ünvanına təbrik məktubu daxil olmayıb. Hər halda həmin məktubların saytada yerləşdirilməməsi bunu söyləməyə əsas verir.
İnterpress.az