İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Nijni Novqorodda baş verib.
Qeyd edək ki, bir müddət öncə Rusiya İstintaq Komitəsi Nijni Novqorodda 8 nəfərlik (ata, ana və 6 uşaq) ailənin yoxa çıxması barədə məlumat yayıb. Həmin ailəyə məxsus mənzilə baxış keçirilərkən hissələrə ayrılmış meyitlər tapılıb. Lakin onların sayı rəsmən açıqlanmır.
Nijni Novqorodun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, tapılan meyitlərin ana və uşaqlara aid olduğu istisna edilmir.
Hazırda polis ailə başçısını axtarır.
İnterpress.az