İnterPress.az-ın məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına düşüb.
Qəza nəticəsində sərnişin – 1986-cı il təvəllüdlü Orta Salahlı kənd sakini İsmayıl Qiyasov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az