Bu barədə İnterPress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xocavənd rayon Polis şöbəsi (Beyləqan RPŞ) əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 7-də Yeni Xocavənd qəsəbə sakini A.Quliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan müvafiq sənədləri olmayan “TOZ-32”, “İJ-20” və “GOMO” markalı 3 ədəd pinevmatik tüfəng, 76 ədəd giliz, 42 ədəd patron və digər hərbi sursatlar aşkar edilərək götürülüb.
İnterPress.az