Putin Ərdoğana daha çox silah vəd edibbackend

Putin Ərdoğana daha çox silah vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri prezident Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında səsləndirib.

“Ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi hərbi texniki sahəni də əhatə etməlidir. İlk növbədə söhbət S-400 raket sistemlərinin tədarükündən gedir. Gündəlikdə Rusiyadan Türkiyəyə müasir rus silahlarının tədarük edilməsi üçün digər perspektiv layihələr də var”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Bu, 2019-cu ildə liderlər arasında üçüncü görüşdür.

2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub.

İnterPress.az