Toqquşmalarda itki sayının 50 nəfəri ötdüyü barədə məlumatlar yayılıb. Qurbanlar arasında dinc sakinlərin də olduğu bildirilir.
Bu barədə “Associated Press” məlumat yayıb.
3400-ə yaxın insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Onların bəzilər blokadaya düşərək təxliyyə oluna bilməyib. Döyüş zonasında yaralılara tibbi yardım göstərən iki həkimin həlak olduğu bildirilir.
Xatırladaq ki, aprelin 8-də feldmarşal Xəlifə Həftarın başçılığı altında Liviya Milli Ordusunun birləşmələri Tripoli aeroportunu raket atəşinə tutub.
Həftarın qüvvələri aprelin 4-dən etibarən Tripolinin ələ keçirilməsi uğrunda hücum əməliyyatına başlayıb.
Qeyd edək ki, Liviyada Müəmmər Qəddafinin öldürülməsindən sonra (2011-ci ildə) ölkə vətəndaş müharibəsinə qərq olub.
İnterPress.az