İnterPress.az xəbər verir ki, sənəd bu gün AŞPA-nın yaz sessiyası çərçivəsində qəbul olunub.
BMT ilə əməkdaşlığın gücləndirilməsinə təşviq edən qətnamədə BMT-nin Davamlı İnkişaf Proqramının və onun qarşıya qoyduğu 17 məqsədin əhəmiyyətinə toxunulub.
Sənəddə vurğulanıb ki, Avropa Şurası Davamlı İnkişaf Məqsədlərinin (DİM) 13-nü həyata keçirməyə nail olub.
Qətnamədə 2030-cu ilə qədər proqramın həyata keçirilməsinə nail olmaq məqsədilə üzv ölkələrə BMT ilə əməkdaşlıq etmək və bu məqsədlə konkret tədbirlər görmək tövsiyə olunur. Tədbirlər sırasında xüsusilə hüquqi dövlət, düzgün idarəçilik və insan hüquqlarının inkişaf etdirilməsi qeyd olunub.
İnterPress.az