Rusiyada müəllim şagirdini yerə çırpdıbackend

Rusiyada müəllim şagirdini yerə çırpdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər “Novosti Qornova Altaya” portalında dərc olunub.

Şikayətçinin sözlərinə görə, insident aprelin 4-də baş verib. Texnologiya fənnindən dərs deyən müəllim nadincliyinə görə beşinci sinif şagirdinin yaxasından yapışaraq ona qarşı fiziki güc tətbiq edib.

“Uşaq boğulmağa başlayıb, huşunu itirib, müəllimin onu buraxmasından sonra beton döşəməyə yıxılıb. Müəllim onu yerdə qaldırıb və qollarının arasına girərək onu əlüzyuyana doğru sürükləyib”, – deyə uşağın anası bildirib.

Zərərçəkən şagird beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sinif yoldaşları müəllimin uşağa qarşı güc tətbiq etdiyini təsdiq etsə də, müəllim öz günahını boynuna almır.

İnterPress.az