İnterPress.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov 22 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 10-cu mərtəbəsində yerləşən mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İnterPress.az