Kanadalı pilot: “Mənim üçün ən yaddaqalan yarış Azərbaycan Qran-prisi olub”backend

Kanadalı pilot: “Mənim üçün ən yaddaqalan yarış Azərbaycan Qran-prisi olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında iştirak edən Kanadanın “Racing Point” komandasının pilotu Lens Stroll Çin Qran-prisi ərəfəsində təşkil edilən mətbuat konfransında deyib.

İki il öncə Böyük Britaniyanın “Williams” komandasının heyətində Bakıda 3-cü yeri tutan 21 yaşlı kanadalı sürücü həmin yarışın dramatik alındığını bildirib: “Azərbaycan Qran-prisi dramatik alındı və azarkeşlərin xoşuna gəldiyini düşünürəm. Şübhəsiz ki, bu mərhələ mənim “Formula 1”də ən parlaq çıxışlarımdan biri kimi əlamətdar olub”.

Qeyd edək ki, 2017-ci il Azərbaycan Qran-prisinin qalibi Avstriyanın “Red Bull” komandasının pilotu Daniel Rikkardo olub. Cari mövsümdə Çin Qran-prisi 12 – 14 apreldə, Bakıdakı yarış isə 26 – 28 apreldə olacaq. Stroll ilk 2 mərhələdən sonra 2 xalla 12-ci yerdədir. Lider – Almaniya “Mercedes”inin pilotu Valtteri Bottasın 44 xalı var.

İnterPress.az