Ərdoğan: “Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik”backend

Ərdoğan: “Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşı Xüsusi Təyinatlı Polis Təşkilatının yaradılmasının 174-cü ildönümü və Xüsusi Təyinatlı Polis Təşkilatının yeni binasının açılışı tədbirindəki çıxışında bildirib.

“Hazırda həbsxanalarda 30 559 FETÖ-çü var. Onlardan 20 226-sı barədə hökm çıxarılıb, 10 333-ü isə istintaq altında saxlanılır. İndiyədək polis sıralarından xaric edilənlərin sayı 31 mindən çoxdur. Ordu sıralarından xaric edilənlərin sayı 15 mini, məhkəmə sistemindən isə uzaqlaşdırılanların sayı 4 mini keçib”, – Türkiyə Prezidenti vurğulayıb.

İnterPress.az