Sudan Prezidenti Ömər əl-Bəşir istefa verib.
İnterPress.az “THM”ə istinadən bildirir ki, məlumatı “Reuters” yayıb.
***
Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.
İnterPress.az xəbər verir ki, məlumatı “Al-Arabiya” televiziyası yayıb.
Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.
“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.
***
Sudanda ordu hərbi çevriliş edib.
İnterPress.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.
Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.
***
İnterPress.az xəbər verir ki, bu məlumatı Türkiyənin “NTV” telekanlı yayıb.
Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir.
İnterPress.az