Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölübbackend

Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

İnterPress.az