“Yonhap” agentliyinin məlumatına görə, bunu KXDR dövlət başçısı ölkənin hakim Əmək partiyasının iclasında bildirib.
“Biz inkişaf etməkdə olan sosialist iqtisadiyyatının bayrağını daima yüksək tutmalıyıq və yanılaraq bizi sanksiyalarda diz çökdürəcəyini düşünənlərə zərbələr endirməliyik”, – deyə Kim Çen In vurğulayıb.
Belə bir bəyanat ABŞ prezidenti Donald Trampın Cənubi koreyalı həmkarı Mun Çde İnlə görüşü ərəfəsində səslənib. Liderlər bu gün (aprelin 11-də) Vaşinqtonda danışıqlar aparacaq. Görüşdə başlıca olaraq Koreya yarımadasının nüvə probleminin müzakirə olunacağı bildirilir.
İnterPress.az