DAK İdarə Heyəti toplantı keçirİBbackend

DAK İdarə Heyəti toplantı keçirİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici ölkələrdə yaşayan İdarə Heyəti üzvlərinin, güneyli fəalların da iştirakı ilə gerçəkləşən paltalk görüşməsində DAK- ın fəaliyyət planı və digər məsələlər müzakirə olunub .

Müzakirə olunan məsələlər arasında İdarə Heyəti üzvlərinin, xüsusilə DAK üzvü olan güneyli fəalların iradəsi ilə təşkilat sıralarından xaric edilmiş Əjdər Tağızadənin qeyri-etik davranışlarına da münasibət bildirilib. İdarə Heyətinin əksər üzvlərinə böhtan və qarayaxmalarla çıxış edən keçmiş təşkilat üzvünün bu qərəzli və məqsədli fəaliyyətinə münasibət bildirən toplantı iştirakçıları Əjdər Tağızadənin bu hərəkətlərində qanunla cinayət tərkibi olduğunu vurğulamış və buna müvafiq adekvat münasibət və ölçü götürülməsini təklif etmişlər. Müzakirələrin nəticəsi olaraq hazırlanacaq bəyanat yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

İnterpress.az