İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.
“Aerodromun müdafiəçiləri hücumu dəf edərək ön müdafiə xəttini möhkəmləndirməyə müvəffəq olublar. Biz düşmənin 5 tankını vurduq. Hücum edənlərin bir qismi əsir götürüldü, əksəriyyəti xarici muzdlu olan 200-dən çox silahlı öldürüldü”, deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, mühasirədə olan “Kuveyris” hərbi-hava bazası ilk dəfədir ki bu cür güclü hücuma məruz qalıb. Terrorçular gecə vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general və iki yüksək rütbəli zabit daxil olmaqla 100-dək suriyalı hərbçi həlak olub.
İnterpress.az