Avropa Şurası Rasim Əliyevlə bağlı bəyanat veribbackend

Avropa Şurası Rasim Əliyevlə bağlı bəyanat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş katib R. Əliyevin ölümündən sarsıldığını bildirib.

O, Azərbaycan hakimiyyətini bu hadisəni hərtərəfli və sürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Yaqland vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun aparılmasının vacibliyini də qeyd edib.

Qeyd edək ki, avqustun 8-də “facebook” statusuna görə, bir qrup şəxs tərəfindən fiziki təzyiq göstərilən Rasim Əliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Azərbaycan prezidenti İlham Əliyev bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: “Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”. (apa)

İnterpress.az