Bu barədə İnterpress.az-a zərərçəkənlər məlumat verib.
Zərərçəkənlərin sözlərinə görə, obyektlərə və avtomobillərə dəyən ziyanın hesablanaraq ödənilməsi prosesi yubanır: “Buna görə də Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırıq. Piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, bu müraciətə cavab verilmədi. Buna görə də avqustun 10-a təyin edilən piket təxirə salındı. Yenidən icazə ilə bağlı İcra Hakimiyyətinə müraciət hazırlanr”.
İnterpress.az