Bunu “APA-Economics”ə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Muradoğlu bildirib.
“Bakı-Tiflis-Ərzurum boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq. Əlavə təhlükəsizlik tədbirləri, təbii ki, həyata keçirilir, amma bununla bağlı detallı şəkildə açıqlama verə bilmərəm”, – deyə R.Aykul bildirib.
Bakı-Tiflis-Ərzurum boru xəttində qazın nəqlinin bərpasına gəlincə, nazirlik rəsmisi bildirib ki, hal-hazırda partlayış baş verən hissədə boru xətinin təmir-bərpa işləri davam etdirilir. Onun sözlərinə görə qısa zamanda təmir işləri yekunlaşacaq.
Qeyd edək ki, avqustun 4-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz kəmərinin Türkiyə ərazisində yerləşən Sarıkamış Yağbasan kəndindəki hissəsində PKK-nın hücumu nəticəsində partlayış baş verib və nəticədə bölgəyə mavi yanacağın nəqli dayandırılıb.
İnterpress.az