Şəkidə 37 yaşlı kişi sirkə turşusundan zəhərlənibbackend

Şəkidə 37 yaşlı kişi sirkə turşusundan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Zəyzid kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Allahyar oğlu Bayramov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 37 yaşlı Əfqan Bayramov ötən gün gecə saatlarında yaşadığı evdə içkili vəziyyətdə bilməyərək sirkə turşusu qəbul edib. Əfqan Bayramova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. (apa)

İnterpress.az