Bu qərarı Ukrayna İnfrastruktur Nazirliyi qəbul edib.
Artıq ləğvetmə komissiyası yaradılıb. Kreditorların tələbləri bu elanın dərc olunduğu vaxtdan etibarən iki ay ərzində qəbul ediləcək.
Xatırladaq ki, “Ukrayna Hava Yolları” 1993-cü ildə yaradılıb. Aviaşirkət uçuşları 2003–cü ildə dayandırıb.
Şirkətin 100 faiz səhmlərinin sahibi Ukrayna İnfrastruktur Nazirliyi simasında dövlətdir.
Artıq xəbər verildiyi kimi, “Aerosvit” aviaşirkəti müflisləşmiş elan edilib. (azərtac)
İnterpress.az