Xədicə İsmayılovun məhkəməsi təxirə salınıb – YENİLƏNİBbackend

Xədicə İsmayılovun məhkəməsi təxirə salınıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə

Xədicə İsmayılova vəkili Yalçın İmanovla görüşüb, bir neçə saatlıq müzakirə aparmaq üçün şərait yaradılmasını xahiş edib. O, bunun üçün məhkəmədən Bakı İstintaq Təcridxanasına məktub ünvanlanmasını istəyib.

Hakim Ramella Allahverdiyeva bunun nəzərə alınacağını, təcridxanaya müraciət ünvanlanacağını, ona belə bir şərait yaradılacağını deyib.

Daha sonra prosesdə “Azadlıq” radiosunun Bakı bürosunun sürücüsü Nurəddin Eyvazov ifadə verib. Şahid əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu, radioda X. İsmayılovanın təklifi ilə işə başladığını deyib və müqavilə əsasında çalışdığını bildirib.

Şahidlərdən biri prosesə gələ bilmədiyi üçün hakim X. İsmayılovadan ifadə verməsini xahiş edib. X. İsmayılova isə şahidlərin dindirilməsi prosesi tam başa çatandan sonra ifadə verəcəyini deyib.

Məhkəmə prosesi sabahadək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “AzadlıqRadiosu” və “Meydan\” TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “AzadlıqRadiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

***

X. İsmayilovanın vəkili Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, prosesdə Elman Həsənovun (Türkoğlu) nümayəndəsinin iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb: “Mən də bildirdim ki, prosesdə Xədicə İsmayılovanın da iştirakı təmin edilsin. Buna görə məhkəmə proses avqustun 26-dək təxirə salındı”.

Qeyd edək ki, Elman Həsənov (Türkoğlu) X. İsmayılın “facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsi isə X. İsmayılın 2500 manat cərimələnməsi barədə qərar çıxarıb. Həmin qərardan X. İsmayılın vəkilləri apellyasiya şikayəti veriblər.

X. İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.

İnterpress.az