İnterpress.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonu ərazisindəki restoranlardan birində şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov saxlanılıb. Ondan idman tapançası götürülüb.
İnterpress.az