Vahid Mustafayevin qohumu istefa verdibackend

Vahid Mustafayevin qohumu istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ANS Şirkətlər Qrupuna daxil olan anspress.com saytında redaktor vəzifəsində çalışan Kəmalə Məmmədova Məmmədova ərizə yazaraq işdən ayrılıb. Anspress-dən verilən məlumata görə, onun işdən çıxmasına səbəb saytın rəhbərliyinin dəyişməsidir.

Belə ki, bir müddət öncə saytın baş redaktoru Azad Əliyev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin sərt tənqidi ilə üzləşərək işindən ayrılmışdı.

Sayta rəhbər kimi televiziyada işləyən Nəzrin adlı gənc qızın gətirilməsi işçilər arasında narazılığa səbəb olub. Bundan sonra redaktor Zamir Ağazadə, xüsusi müxbir Ziya Babayev və müxbir Şahin Həbibov işdən çıxıb.

Nəticədə saytın rus versiyası bağlanıb və jurnalist Mais Məmmədov saytın kuratorluğundan kənarlaşdırılıb.

Bu istefalardan sonra isə K.Məmmədova da yeni rəhbərliklə yola getməyib və etiraz olaraq işdən ayrılıb.

Məlumat üçün bildirək ki, Kəmalə Məmmədova ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin yaxın qohumudur. ( aznews.az )

İnterpress.az