İnterpress.az xəbər verir ki, İraqdakı birlik də ilk dəfə olaraq əməliyyata qoşulacaq. 1996-cı ildən bəri Şimali İraqda olan türk əsgərləri də hazırlıq vəziyyətinə gətirilib. Sərhəddə gərginlik və hücum baş verəcəyi təqdirdə türk əsgərinə ölkənin içərisinə doğru 7 km irəliləmək əmri verilib.
Əməliyyat terror təşkilatı üzvlərinin sərhədi tərk etməsinə qədər davam edəcək. Bundan başqa türk əsgərləri ölkənin içinə doğru da PKK silahlılarını çəkilməyə məcbur edə biləcəklər.
İnterpress.az