Nəqliyyatın hərəkətinin hissə-hissə məhdudlaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və avqustun 13-14-də həyata keçiriləcək.
Göstərilən müddət ərzində sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib xəndəklər artıq bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 19 500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2 200 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.
İnterpress.az