Ankara Polis İdarəsinin terrorla mübarizə idarəsi əməkdaşları Azərbaycandan Ankaraya gələn təyyarədə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdıran şəxsin olması barədə məlumat alıblar. Polis əməkdaşları Esenboğa hava limanında 49 yaşlı azərbaycanlı Bəkir Qalibovu saxlayaraq, üzərində axtarış aparıblar. Onun üzərindən müdafiə jileti, tibbi ləvazimatlar, dərman preparatları, şpris aşkar edilib. Şübhəli şəxs polis şöbəsinə aparılıb. Onun Azərbaycana deportasiya ediləcəyi bildirilir. ( apa )
İnterpress.az