İnterpress.az-ın \”RİA Novosti\” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi qulluqçuların ər-Ramadi şəhəri yaxınlığında irəlilədikləri avtomobil konvoyu minaya düşüb.
İyulun sonunda Ər-Ramadi yaxınlığında terrorçu-kamikadzelərin hücumu nəticəsində 12 hərbçi həlak olmuşdu.
Qeyd edək ki, İraqın Ər-Ramadi şəhəri İŞİD silahlılarının nəzarəti altındadır.
İnterpress.az