2015-in son Ay tutulması yaşanacaqbackend

2015-in son Ay tutulması yaşanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur.

Qeyd edək ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın – 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək. Bədirlənmiş Ay zamanı bu göy cismi Yer kürəsindən adi ölçüsü ilə müqayisədə daha böyuk və parlaq görünəcək. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edəcək. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edəcək.

Tutulma bu il sentyabr 28-də Qrinviç vaxtı ilə 1:07-də başlanacaq, 4:27-də isə başa çatacaqdır. Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə ediləcək.

İnterpress.az