“İpoteka şərtlərinin yumşaldılmasında böyük risk var”backend

“İpoteka şərtlərinin yumşaldılmasında böyük risk var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ipoteka kreditlərinin şərtlərinin dəyişdirlməsi ilə bağlı müzakirələrə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənovun sözlərinə görə, ipoteka krediti şərtlərinin yumşaldılmasında böyük risk var: “Risk var ki, saxta ipoteka kreditlərinin sayı artacaq. Məlumdur ki, hazırda bir çox şəxsə, o cümlədən sahibkarlara (elə bankların və onların sahiblərinin özünə də) pul lazımdır, özü də manatda. Onlar ipoteka krediti adı ilə ucuz kreditdən yararlanmağa can atacaq. Necə? Hansısa yaxın adamının evini formal olaraq alacaq, amma əslində ev elə əvvəlki adamda qalacaq, puldan isə başqa məqsədlər üçün istifadə olunacaq. Problem ondadır ki, İpoteka Fondunun fəaliyyəti və verilən ipoteka kreditləri qeyri-şəffafdır. Adam var ki, bir neçə evi var, amma ipoteka krediti yolu ilə də ev alır. Bəlkə də bir ailə bir neçə belə kredit alıb. Buna nəzarət yoxdur. Qanunvericilikdə müvafiq məhdudiyyət və tələblər yoxdur. Olması Mərkəzi Bankın və İpoteka Fondunun məmurlarına sərf etmir. İpoteka krediti güzəştli kreditdir, dövlət hesabına verilir. Qanunvericilik də bu amillərə uyğunlaşdırılmalıdır. Burada bank və kommersiya sirri olmamalıdır. Bütün kredit alanların adı və onlara dair məlumatlar İpoteka Fondunun saytında açıq yerləşdirilməlidir. Tam şəffaflıq təmin edilməlidir! Yaxşı olardı ki, qanunvericilik dəyişəndə bu məsələlər də nəzərə alınsın”.

İnterpress.az