Səhiyyə Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, “Zəngəzur” şadlıq evində kütləvi şəkildə zəhərlənərək Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilən xəstələrdən 75-i evlərinə buraxılıb.
Hazırda xəstəxanada yalnız 2 uşaq qalır. Onların isə vəziyyəti stabilləşməyə doğru gedir və yaxın vaxtda hər iki uşaq evlərinə buraxılacaq.
Qeyd edək ki, “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənmişdi. Onların “paytaxt salatı”ndan zəhərləndiyi ehtimal olunurdu.
İnterpress.az