Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilibbackend

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, İmişli rayon Mürsəlli kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 148 km aralı, nəzarət olunmayan ərazidə) batmış 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb.

Bundan başqa Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər, Qaradağ rayonunda dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

İnterpress.az